YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: 13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır

13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır. Millət vəkili Aydın Hüseynov avqustun 7-də  Tovuz rayonun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində  13 yaşli Ramil Yusifovun yaralanmasına münasibət bildirərəkən belə deyib. Millət vəkili bildirib ki, ermənistan tərəfinin dinc əhlini hədəfə alması artıq onlar üçün adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını heçə sayırlar. "Tovuz rayonun Qaralar kəndi mənim anadan olduğum kəndin qonşuluğunda yerləşir. Həmin kəndələrdə Ermənistan tərəfi müətamdi dinc sakinləri atəşə tutur, gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışır. Görünür onlar  iyulun 4-də iki yaşlı körpə Zəhranın öldürülməsi və bunun dünyada yaratdığı əks sədaddan da nəticə çıxarmayıblar.  Əsas səbəb isə Ermənistanın beynəlxalq səviyyədə bu əməllərinə görə cəzalandırılmamasıdır. "

Aydın Hüseynov bildirib ki,  Zəhranın ölüdürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi və Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi. "Ramil Yusifovun  yaralanması isə  Ermənistanla sərhəd bölgəsində baş verib. Bax bu fakt bir daha sübut edir ki, Ermənistan cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və azərbaycan torpaqlarının işğalı üzərində qurub. Çox təssüf ki, bu cür əməllərinə görə vasitəçilər başda olmaqla beynəlxalq səviyyədə ermənistana yetərincə təziqlər olunmur. Onlar isə bu vəhşi əməllərinə davam edirlər."