Xəbərlər
Müdafiə Nazirliyi: düşmənin təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib
Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.