Xəbərlər
Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi barədə Fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə
Fərman imzaladı.
Fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə imzalanmışdır.