YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistan rəhbərliyi bölgədə sülh istəmədiyini açıq aşkar nümayiş etdirir

«Ermənistanın dövlət rəhbərləri regionda sülhün bərqərar olmasını istəmədiyini, regional təhlükəsizliyə təhdid yaratdığını əyani şəkildə ortaya qoymaqdadır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Sarkisyan rejimin reallaşdırdığı qanlı aksiyalar Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə olmadığını, sadəcə olaraq, Azərbaycanın sülhpərvər siyasətinin münaqişənin alovlanmasının qarşısını aldığının göstəricisidir. Onun sözlərinə görə, bu günə qədər ölkəmizin irəli sürdüyü sülhpərvər mövqe qarşı tərəfin aqressiyası və bitməyən təcavüzü ilə cavablandırılır.

«Torpaqlarımızın azadlığını özündə ehtiva edən hüquqi əsas Azərbaycanın Silahlı Qüvvələri tərəfindən hər an ərazi bütövlüyümüzün təmin edilməsinə imkan verir. İqtisadi müstəvidə əldə olunan uğurlar ordu quruculuğu siyasətinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Bu gün Azərbaycan əlində olan iqtisadi imkanlardan istifadə edərək öz müdafiə sənayesini, hərbi gücünü, ordunun təchizatını gücləndirir, müasirləşdirir. Azərbaycan ordusu günü-gündən güclənir və bu da işğalçı Ermənistan tərəfindən olduqca təlaşla qarşılanır. İstər ötənilki aprel döyüşləri zamanı, istərsə də digər məqamlarda Ermənistan tərəfi Azərbaycan ordusunun həm hərbi hazırlığının, həm də təchizatının yüksək səviyyədə olduğunu əyani şəkildə görüb»- deyə, E.Məmmədov vurğulayıb.