YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran İslam Respublikasının Azərbaycandakı səfiri: İran-Azərbaycan əlaqələrinin inkişafı dövlət başçılarının siyasi iradəsinin nəticəsidir

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin Gilan şəhərində beynəlxalq münasibətlərə həsr olunmuş tədbirdə çıxış edib.

Səfir bildirib ki, İran ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Əlaqələrin hərtərəfli inkişafında hər iki ölkə prezidentinin siyasi iradəsi mühüm rol oynayır. Hazırkı iqtisadi və mədəni əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq dövlət başçılarının siyasi iradəsinin nəticəsidir. Bu əlaqələr gələcəkdə daha da inkişaf edərək hər iki ölkənin xalqına fayda verəcəkdir.

M. Pakayinin sözlərinə görə, qarşılıqlı əlaqələr mehriban qonşuluq prinsipinə əsaslanır və son iki ildə müxtəlif sahələri əhatə edib. İran Azərbaycana kənd təsərrüfatı məhsulları və tikinti materialları ixrac edir.