Xəbərlər
Azər Badamov: Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər perspektiv üçün ciddi nailiyyətlər vəd edir
«2017-ci ilin birinci yarısının nəticələri ölkəmiz üçün uğurlu oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət ölkəmizin uğurlarının əsas təməl prinsiplərini təşkil edir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, dünyanın, iqtisadi böhranlar yaşadığı bir dövrdə Azərbaycanın müsbət nəticələrə imza atması olduqca sevindirici haldır. Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər perspektiv üçün ciddi nailiyyətlər vəd edir.
«Son illərdə Azərbaycanda turizm sektoru, o cümlədən, digər qeyri-neft sektorlarının inkişafı ilə bağlı atılan addımlar qısa zamanda müsbət nəticələr verir. Bu, ölkəmizin gələcək dövrlərə hesablanan inkişaf strategiyasının tərkib hissəsidır. İnanırıq ki, gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək. Artıq Azərbaycan dünyada mühüm iqtisadi tərəfdaş kimi qəbul edilir»- deyə, deputat qeyd edib.