YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Sosial məsələlər daim dövlətin diqqətin mərkəzindədir

«Azərbaycan dünya iqtisadi böhranının təsirlərindən ən az zərər çəkən dövlətlərdən biridir. 2017-ci ilin birinci yarısının göstəriciləri bu reallığı bir daha təsdiqləyir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan nüfuzlu beynəlxalq  reytiq agentliklərinin  yüksək qiymətinə layiq görülüb, mövqeyini daha da möhkəmlədib. Bu uğurlar davamlı olacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında sosial siyasətlə bağlı öz mesajlarını çatdırıb.

«Bu ilin ötən dövründə  ölkədə yeni iş yerlərinin əksəriyyəti daimi olmaqla regionlarda açılıb. Belə ki, yarım ildə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir. Dövlət başçısının vurğuladığı kimi bu, daimi prosesdir. Regionlarda məşğulluğun təmin olunması həm bölgələrin demoqrafik proseslərinə müsbət təsir göstərir, həm də qeyri-neft sektorunun xüsusi bir tərkib hissəsi olan kənd təsərrüfatının və turizmin inkişafına səbəb olur. Eyni zamanda, insanların sosial müdafiəsinin gücləndirilməsində mühüm amil olan əmək haqlarının, pensiyaların vaxtında əhaliyə çatdırılması, indeksiyasiyanın aparılması, inflyasiyaya uyğun olaraq əmək haqlarının, pensiyaların  artırılması  da gündəmdə dayanır. Əhalinin sosial müdafiəsində ən mühüm faktorlardan olan səhiyyə sahəsi ilə bağlı da cənab Prezident öz tövsiyələrini verib. Prezidentin tapşırığına əsasən ötən ildən Azərbaycanda əhalinin dövlət vəsaiti hesabına icbari tibbi müayinəsi həyata keçirilir. Nazirlər Kabinetinin iclasında cənab Prezidentin qeyd etdiyi kimi bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu ilin ötən dövründə  bu məsələlərlə bağlı ciddi addımlar atılıb və beş milyondan çox insan bu il pulsuz müayinədən keçib. bütün bunlar göstərir ki, sosial məsələlər daim dövlətin diqqətin mərkəzindədir»- deyə, S.Əliyeva vurğulayıb.