Xəbərlər
Sevinc Hüseynova: Bu ilin ilk yarısında ölkəmizin regionlarının dinamik inkişafı uğurla davam edib
«Bu ilin ilk yarısında ölkəmizin regionlarının dinamik inkişafı uğurla davam edib». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, bu müddətdə xeyli bölgələrimizdə abadlıq və quruculuq işləri həyata keçirilib. Onun sözlərinə görə, bu ilin ilk yarısında Prezident İlham Əliyev bir sıra rayonlara səfər edərək həyata keçirilən işlərlə tanış olub.
«Təbii ki, səfər zamanı bir çox yeni müəssisələrin, sosial obyektlərin, yeni tikilən yolların açılışı olub. Eyni zamanda, xeyli sayda tikiləcək infrastrukturların təməli qoyulub. Bütün bunlar regionlarımızın sosial-iqtisadi inkişafının əyani göstəricisidir. Şübhəsiz ki, bu ilin qarşıdakı dövründə də bölgələrimizdə abadlıq və quruculuq işləri uğurla həyata keçiriləcək»- deyə, S.Hüseynova qeyd edib.