YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyalı deputatlar: Qadın və uşaqların qətlə yetirilməsi yolverilməzdir

Latviya Seyminin Azərbaycan ilə parlamentlərarası işçı qrupu adından bu ilin iyulun 4-də erməni silahlıları tərəfindən Azərbaycanın Alxanlı kəndinin dinc sakinlərinin qətlə yetirilməsini qətiyyətlə pislədiyimizi bildirmək istərdik.

Bu fikirlər Latviya Seyminin Azərbaycan ilə parlamentlərarası işçi qrupu tərəfindən verilən bəyanatda yer alıb.

Bəyanatda deyilir: “Fərq qoyulmadan dinc əhalinin, qadın və uşaqların qətlə yetirilməsi heç bir halda yolverilməzdir və dərhal dayandırılmalıdır.

Biz Azərbaycan və Ermənistan hökumətlərini erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və münaqişənin davamlı həllinin tapılması üçün danışıqları yeniləməyə və sürətləndirməyə çağırırıq”.

 

DİGƏR Xəbərlər Arxiv