Xəbərlər
Zakir Həsənov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar heç bir nəticə vermir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermir, döyüş zonasında gərginlik artır.
Bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib. /Trend/
O bildirib: “Son illərdə döyüş zonasında, erməni qoşunlarının Azərbaycan qoşunlarının qarşısında yerləşdiyi mövqelərdə gərginlik artan xətt üzrə davam edir. Bunun bir səbəbi var: Azərbaycan torpaqlarının işğalı. Qalanları bunun nəticəsidir. İşğal olunan ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir”.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağda qarşıdurma xəttində vəziyyət qəlizləşir və bu bəzən lokal döyüşlərə çevrilir. “Bu, normal haldır. İki düşmən ordu üz-üzə durduğu müddətdə bu baş verəcək. Amma zərbə məqsədyönlü şəkildə dinc sakinlərə vurulursa, bu, artıq cinayətdir”.