Xəbərlər
İƏT Pİ-nin baş katibi Alxanlı hadisələri ilə bağlı bəyanat verib
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinləri atəşə tutması ilə bağlı bəyanat verib.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, bəyanatda iyulun 4-də Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın həlak olmaları, habelə daha bir mülki vətəndaş Sərvinaz Quliyevanın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri kəskin şəkildə qınanılır.
Sənəddə İƏT Pİ-nin baş katibi həlak olanların ailəsinə başsağlığı verir, Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.