YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdris İsayev: Respublikada əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verməkdədir. Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bildirib ki, iqtisadi tərəqqinin sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunur. Onun sözlərinə görə, əldə edilən göstəricilər bunu deməyə tam əsas verir.

 «Respublikada insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir. Bu gün Azərbaycan mötəbər beynəlxalq təşkilatların konvensiya və tövsiyələri əsasında daim təkmilləşən və  əmək hüquqlarına münasibətdə ümumbəşəri dəyərləri əks etdirən əmək hüquqları toplusuna-Əmək Məcəlləsinə malikdir. Eyni zamanda, ölkədə əmək hüquqlarının daha effektli müdafiəsi məqsədilə mühüm islahatlar aparılır»- deyə, nazir müavini vurğulayıb.