Xəbərlər
Rüfət Məmmədov: Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını artırmağa hazırdır
Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını artırmağa hazırdır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun sədri Rüfət Məmmədov bildirib.
R.Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanın ənənəvi ticarət partnyorudur və qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazırdır. Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiyanın istehlak etdiyindən də çox meyvə və tərəvəz istehsal edir.
Birgə təsərrüfatının yaradılmasının mümkünlüyünə gəlincə isə, R.Məmmədov bildirib ki, Rusiya maraqlı olarsa, Azərbaycan belə layihəyə başlamağa hazırdır.