Xəbərlər
Pakistan XİN Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşlarını hədəfə almasını pisləyən bəyanat yayıb
Pakistanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəfə alması nəticəsində aralarında 2 yaşlı qızın da olduğu dinc sakinlərin qətlə yetirilməsi pislənilir.