Xəbərlər
Sahil Babayev: Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi uğurla həyata keçirilir
«Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi uğurla həyata keçirilir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
S.Babayev bildirib ki, Azərbaycanın ümumi daxili məhsulunun təqribən 80 faizi özəl sektorun hesabına formalaşır. Onun sözlərinə görə, bu amil müsbət nailiyyətdir.
«Hələ bir neçə il əvvəl ölkə iqtisadiyyatı əsasən dövlət sektoru hesabına formalaşırdı. Lakin aparılan islahatlar və özəl sektora göstərilən diqqət bu müsbət nəticələrin əldə olunmasına imkan verdi. Hazırda yeni şəraitdə islahatlar davm edir və Azərbaycan hökumətinin müəyyən hədəfləri var. Hesab edirik ki, bu islahatlar gələcəkdə də uğurlu nəticələr verəcək və ölkəmiz qarşıya qoyduğu hədəfərə çatacaq»- deyə, nazir müavini vurğulayıb.