YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq

Naxçıvanda Bilik Fondu və Multikulturalizm Mərkəzi yaradılacaq.

Bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev söyləyib.

Kamal Abdullayev deyib ki, dövlət başçısının 2014-cü il 7 və 15 may tarixli fərmanlarına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Artıq Bilik Fondu formalaşma prosesini tamamlayıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir.

“Bizim müxtəlif ideoloji istiqamətlərdə gördüyümüz işlərin sırasında elələri var ki, onlar bu qurumlar vasitəsilə daha sistemli həyata keçiriləcək və azərbaycançılıq ideologiyasının təbliğində öz rolunu oynayacaq”, –deyən Kamal Abdullayev qeyd edib ki, bu fəaliyyət həm də dövlətçiliyimizin möhkəmləndirilməsinə yönələcək, eyni zamanda milli, mədəni, tarixi, dini məsələlərdə faydalı nəticələrini verəcək.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri bildirib ki, ölkəmizin bir çox regionlarında olduğu kimi, qədim Naxçıvan torpağında da yaradılacaq Bilik Fondu və Multikulturalizm Mərkəzi burada yerli ziyalıların, yeniyetmələrin, gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təşviq edilməsi istiqamətində faydalı işlər görəcəkdir.

Bilik Fondunun bu il öz fəaliyyətinə Bilik günündə başlayacağını bildirən Kamal Abdullayev onu da əlavə edib ki, fəaliyyətlə bağlı artıq bir çox layihələr mövcuddur. Tədrislə, təhsillə, mədəniyyətlə bağlı tədbirlər bir sıra məktəblərdə il boyu həyata keçiriləcək. Bununla bizim gənclərimizin, yeniyetmələrimizin fəallığı artacaq, onların fəaliyyətləri daha mənalı olacaqdır.