Xəbərlər
Milli Məclis 2017-ci ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında «Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanununda dəyişikliklər edilməsi barədə» qanun layihəsi müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və maliyyə naziri Samir Şərifov yenidən baxılan 2017-ci il dövlət büdcəsi barədə məlumat verdikdən sonra müzakirələr aparılıb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.