YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda ilk dəfə “Yapon qida məhsulları sərgisi” təşkil ediləcək

Bakıda ilk dəfə “Yapon qida məhsulları sərgisi” təşkil ediləcək.

Yaponiyanın İşikava prefekturasının Komatsu şəhərində Azərbaycana səfərə hazırlaşan yapon iş adamları üçün seminar keçirilib.

Komatsu şəhər parlamentinin təşkilatçılığı ilə keçirilən seminarda “Cross Border Club”un meneceri Kazuyasu İşida oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil ediləcək “Yapon qida məhsulları sərgisi” barədə məlumat verib. Bildirib ki, Komatsu və Bakı şəhərlərini sıx əməkdaşlıq əlaqələri birləşdirir. Belə ki, məhz bu şəhərin aeroportundan Bakıya həftədə iki dəfə birbaşa karqo reysləri həyata keçirilir. K.İşida vurğulayıb ki, iki ölkə arasında ixrac-idxal əməliyyatlarının artırılması həmin reyslərin intensivliyinə güclü təsir göstərə bilər. Bu məqsədlə də Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə “Yapon qida məhsulları sərgisi” təşkil edilir. Həmin sərgidə yapon qida məhsulları, içkilər, kosmetik vasitələr və bir çox digər məhsullar nümayiş olunacaq və bu əmtəələr Bakıya məhz Komatsudan uçan birbaşa reyslə çatdırılacaq.

K.İşida əlavə edib ki, sərgiyə giriş sərbəst olacağına görə, Azərbaycan iş adamları yapon məhsullarını asanlıqla yoxlamaq imkanı qazanacaqlar.

İki gün davam edəcək sərgidəki 80 stenddə ziyarətçilərə 500-ə yaxın yüksək keyfiyyətli yapon məhsulları təqdim ediləcək.

Təqribən 150-yə yaxın yapon iş adamının qatılacağı səfər çərçivəsində azərbaycanlı iş adamlarının iştirakı ilə qarşılıqlı iqtisadi əməkdaşlıq barədə müzakirələr də təşkil ediləcək.