Xəbərlər
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/25a0de8558b5ebfec869c8081f590446.jpg&w=360)
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
İclasın gündəliyinə Ali Məhkəməyə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi, Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında", "İcra haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Reklam haqqında", "Dövlət rüsumu haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla, 16 məsələ daxildir.