Xəbərlər
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib.
Görüşdə Bakıda yüksək səviyyədə təşkil edilən Formula-1 yarışlarının dünya səviyyəsində əhəmiyyəti qeyd olundu.
Söhbət zamanı “VTB Bank”ın uzun il Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi bildirildi, ölkələrimiz arasında bank əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.