Xəbərlər
Beş ayda Azərbaycandakı magistral qaz kəmərləri ilə 10 milyard kubmetrədək qaz nəql olunub
Bu ilin ilk beş ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 9 milyard 778,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-may aylarında qaz nəqlinin 32,7 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 3 milyard 197,1 milyon kubmetr qaz ötürülüb.