YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

Dağlıq Qarabağ münaqişəsinin həlli xalqların öz müqəddaratını etmə hüququ nəzərə alınmaqla, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

M.Brayza qeyd edib ki, münaqişə tərəfləri arasında etimad yoxdur: "Tərəflər bir-birinə inanmırlar. Bu da nizamlanmanın əldə olunmasına maneçilik törədir. Buna nail olmaq üçün çətin kompromisslər tələb olunur".

Ekspert bildirib ki, yeganə yol ABŞ və Rusiyanın Aİ-nin iştirakı ilə münaqişə tərəflərinin rəhbərliklərinə problemin həllində siyasi dəstək göstərmələri ola bilər:

"Dağlıq Qarabağ ABŞ və Rusiyanın ümumi mövqeyə malik olduğu və birgə fəaliyyətə hazır olduğu azsaylı məsələlərdən biridir".