Xəbərlər
Azərbaycan Rusiya və Qırğızıstanla gömrük sazişi imzaladı
Azərbaycan MDB ölkələri ilə gömrük sahəsində əməkdaşlıq haqqında bir sıra ikitərəfli sazişlər imzalayıb.
İmzalanma mərasimi Bakıda MDB ölkələrinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası çərçivəsində baş tutub.
İmzalanan sənədlər arasında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokol" və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol" var.