YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Son illər Azərbaycan idmanı mühüm nailiyyətlər əldə edib

«Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. İdman sahəsində qazanılan uğurlarda bu amil böyük rol oynayır». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib. 

R.Əliyev bildirib ki, son illər Azərbaycan idmanı mühüm nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu sahəyə bölgələrdə də xüsusi diqqət yetirilir. 

«Hazırda, respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən olimpiya idman kompleksləri tikilib istifadəyə verilir. Vaxtilə, idman qurğularının tikintisində zona prinsipi əsas götürülürdüsə, bu gün hər bir rayonumuzda yüksək səviyyəli idman kompleksləri tikilib istifadəyə verilib. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət olduqca böyükdür. Bu gün olimpiya idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində yeni standartlarla məşq edirlər. Bu baxımdan, bütün məsuliyyətimizlə Azərbaycanda idmanın yüksək sürətlə inkişaf etdiyini deyə bilərik. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında ölkəmizin olimpiya hərəkatında əhəmiyyətli uğurlara imza atmasının çəkisi çox böyükdür»- deyə, R.Əliyev qeyd edib.