YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcək

İran Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlıq Azərbaycan və İran xalqlarının mənafeyinə uyğundur.

Bu sözləri İranın Qaz İxracı Əməliyyat Şirkətinin direktoru Əli Şahkərimi deyib.

O bildirib ki, 2005-ci ildən başlayaraq iki qonşu və dost ölkə arasında qaz mübadiləsi aparılır. İran Naxçıvan Muxtar Respublikasını, Azərbaycan isə Astaranı (İran) qaz ilə təmin edir. Bundan başqa, İran Azərbaycanın “Şahdəniz” yatağında 10 faiz paya malikdir. Gələcəkdə yatağın istismarından götürüləcək gəlir tərəflərin iqtisadi inkişafının artmasına töhfə verəcək.

Ə.Şahkərimi Azərbaycanın İranın neft və qaz sektoruna sərmayə yatıra biləcəyini də diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv