Xəbərlər
Luvellin Landers: CAR-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsi vacibdir
Cənubi Afrika Respublikasının Azərbaycanla münasibətlərinin gücləndirilməsi vacibdir.
Bunu Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Luvellin Landers ölkə parlamentinin büdcə komissiyasının iclasında çıxışı zamanı deyib.
L.Landers Azərbaycanı CAR-ın Avropadakı qeyri-Aİ tərəfdaşı kimi xarakterizə edib.
Çıxışda cari 2017-2018 maliyyə ilində Cənubi Afrika Respublikasının bu bölgədə çoxsaylı sahələrdə imkanlarını araşdırmaq niyyəti qeyd olunub ki, bura peşə təlimi və təqaüd proqramları, ali təhsil və ixtisasın artırılması, neft-qaz kəşfiyyatı və hasilatı, balıqçılıq, limanların inkişafı, turizm, alternativ enerji texnologiyaları, su resurslarının idarə edilməsi, ticarət və investisiya yatırımı daxildir.
L.Landersin sözügedən çıxışını CAR-ın Azərbaycanla əməkdaşlıq etməyə ciddi niyyətinin olması kimi şərh etmək olar.