Xəbərlər
Tamara Sinyavskaya: Müslüm Maqomayevin musiqisi onun qəlbinin və daxili aləminin aynasıdır

Müslüm Maqomayevin musiqisi onun qəlbinin və daxili aləminin aynasıdır. O çox xeyirxah ziyalı və alicənab bir insan idi.
Bu sözləri Fəxri xiyabanda jurnalistlərə müsahibəsində Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyib.
O, qeyd edib ki, musiqi dünyasında silinməz iz qoymuş böyük müğənnidən danışmaqla qurtarmaz.
T.Sinyavskaya deyib: “Müğənninin daxili aləmini görmək üçün onun mahnılarını dinləmək lazımdır. Müslüm qəlbindəkiləri öz yaradıcılığı vasitəsilə insanlarla paylaşırdı”.