YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritetdir

«Azərbaycan təhsilində həyata keçirilən sistemli islahatlar öz müsbət nəticələrini verməkdədir». Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində hər bir sahədə olduğu kimi təhsil sahəsində də mühüm uğurlar qazanılır. Onun fikrincə, hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir.

«Təhsil sahəsi daim dövlət başçısının  diqqət mərkəzindədir. Bu sahədə qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu. Bilirsiniz ki, təhsil ilə bağlı bir sıra dövlət proqramları qəbul olunub və onların bir hissəsinin icrası başa çatıb, bir hissəsinin icrası isə davam edir. Qəbul olunmuş Dövlət Proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilb istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında da öz əksini tapıb. Məhz görülən işlərin nəticəsidir ki, son 13 ildə ölkəmizdə 3 mindən məktəb tikilib istifadəyə verilib. Bütün bunlar bir daha onu göstərir ki, təhsil  sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir»- deyə, millət vəkili vurğulayıb.