YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya qəzeti: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır

Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzeti Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun Avstriya Mətbuat Agentliyinə verdiyi müsahibəsini dərc edib.

“Dağlıq Qarabağ: Azərbaycan BMT qətnamələrinə uyğun olaraq işğal edilmiş ərazilərin qaytarılmasını tələb edir” başlıqlı məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyətə həsr olunub.

Müsahibədə qeyd edilib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulması, sülh və təhlükəsizlik üçün təhdiddir. Rəsmi Bakı BMT-nın qətnamələri əsasında işğal olunmuş ərazilərin geri qaytarılmasını və öz torpaqlarından qovulmuş azərbaycanlıların vətənlərinə geri dönmələrini tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilir ki, Ermənistan yerli əhalini doğma torpaqlarından qovmaq üçün hərbi qüvvədən istifadə edib, status-kvonu qüvvədə saxlamaq üçün hazırda da güc tətbiq etməkdədir.

Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupuna münaqişənin sülh yolu ilə nizamlanması üçün mandat verilib. Vurğulayıb ki, münaqişə dondurulmalı deyil, həll edilməldir. BMT qətnamələrinin həyata keçirilməsi, eyni zamanda, 1996-cı ildə Lissabon Sammitində ATƏT-ə sədrlik edən İsveçrənin münaqişənin həlli üçün təklif etdiyi planın reallaşdırılması Ermənistanın müqaviməti ucbatından baş tutmayıb.