Xəbərlər
“ING Bank”: Azərbaycanda 2018-ci ildə inflyasiya təkrəqəmli göstəriciyədək azalacaq
“ING Bank” (Niderland) Azərbaycanda 2018-ci ildə inflyasiyanın 7,2 faizədək azalacağını proqnozlaşdırır.
Bu barədə bankın yeni hesabatında bildirilir.
Bankın analitikləri ölkədəki inflyasiyanın 2017-ci ildə 13 faiz həddində olacağını proqnozlaşdırırlar.
Eyni zamanda, digər beynəlxalq maliyyə təşkilatları Azərbaycandakı inflyasiya ilə bağlı daha müsbət proqnozlar irəli sürürlər.
Beynəlxalq Valyuta Fondu ölkədə inflyasiyanın 2017-ci ildə 10 faiz, 2018-ci ildə 8 faiz, 2022-ci ildə 6 faiz təşkil edəcəyini proqnozlaşdırır.
Dünya Bankının hesabatına əsasən isə, Azərbaycanda inflyasiya 2017-ci ildə 7,8 faiz, 2018-ci ildə 4,2 faiz, 2022-ci ildə isə 3,8 faiz təşkil edəcək.