YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Tədbirlər Planınının həyata keçirilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyini daha da yaxşılaşdıracaq

«Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Tədbirlər Planınının həyata keçirilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyini daha da yaxşılaşdıracaq». Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bu sənədin icrası həmçinin biznes mühitinin daha yaxşılaşdırılması, kreditlərə əlçatanlığın artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın müxtəlif sahələrində proseduraların sadələşdirilməsi kimi vacib islahatların dərinləşdirilməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığının artırılması baxımdan kreditlərə müraciət zamanı sənəd daşınmaz əmlak ilə yanaşı, daşınar əmlakın da girov kimi təqdim edilməsinə da imkan yaradır.

«Tədbirlər Planına əsasən, fiziki və hüquqi şəxslər üçün şəffaf və əlçatan olan, bütün ölkəni və bütün aktivləri əhatə edən onlayn reyestrin yaradılması nəzərdə tutulur. Daşınar əmlakın girov kimi təqdim edilməsi kreditlərdən faydalananların sayının artmasına və eləcə də maliyyə resurslarından daha səmərəli istifadəsinə imkan verəcək. Tədbirlər Planına əsasən, ölkəmizdə özəl kredit bürosunun yaradılması prosesinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur ki, bu da kreditlərə əlçatanlığın təmin edilməsi baxımdan vacib islahatdır. Borcluların məlumatları əsasında onların kredit reytinqinin hesablanması prosesinin dövlət tərəfindən dəstəklənməsi də bu istiqamətdə həyata keçiriləcək islahatlar sırasındadır. Tədbirlər Planında səhiyyə, təhsil sektorunda islahatların dərinləşdirilməsi daxil olmaqla əksər iqtisadi sferalarda innovativ yeniliklərin tətbiqi nəzərdə tutulur. Göründüyü kimi, Azərbaycan Prezidentinin imzaladığı yeni sənəd post-neft dövrünün çağırışlarına uyğun olaraq islahatların dərinləşdirilməsində yeni mərhələ kimi qiymətləndirilir»- deyə, iqtisadçı-ekspert qeyd edib.

DİGƏR Xəbərlər Arxiv