YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə yeni fərdi yaşayış evləri təqdim olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib. Evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı həmin insanların maddi təminatlarının gücləndirilməsi, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımların atılmasına şərait yaradıb. Bunun təzahürü olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda və respublikamızın regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni inşa olunmuş mənzillərlə təminatı tədbirləri də ildən-ilə uğurla davam etdirilir. Möhtərəm dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, keçən il və cari ilin ötən dövründə nazirlik bu təbəqələrdən olan 320 nəfərə yaxın vətəndaşı müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edib. O cümlədən, qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Zaqatala rayonunda  17 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunub.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin səmərəli bərpa-müalicə xidmətləri və reabilitasiya vasitələri ilə təminatı da diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, son illərdə ölkədə reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulmasına yönələn mühüm işlər aparılıb və hazırda da davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid  ailəsi Prezident qayğısı ilə əhatə olunduqlarını vurğulayıb,  onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması  istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək  diqqət və qayğıya, xüsusən də bu gün yeni yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin  minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv