YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradə var.

Bunu Ombudsman Elmira Süleymanova Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.

E.Süleymanova bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də bu siyasət ardıcıl olaraq Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

E.Süleymanova vurğulayıb ki, Azərbaycanda həyata keçirilmiş islahatlar nəticəsində “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna uyğun olaraq komissiya yarandı və bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu nəzdində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradıldı:

“Ombudsmanlar da korrupsiyaya qarşı mübarizədə mühüm bir əhəmiyyət kəsb edir. Ombudsmanların səlahiyyətli dövlət qurumları ilə əməkdaşlığı mühüm şərtdir və onun uğurlarına zəmanət verir. Bu baxımdan Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə əməkdaşlığımız nəticəsində korrupsiya halları aradan qaldırılır, həm də dövlətin maraqları, zərər çəkmiş vətəndaşların hüquqları təmin olunur”.

DİGƏR Xəbərlər Arxiv