Xəbərlər
Prezident İlham Əliyev Dərman vasitələri haqqında Qanunda dəyişikliklər edilməsi barədə Fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 600-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzaladı.
Fərmana əsasən, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir.