YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün geniş imkan var

Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, düşünürük ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün geniş imkan var.

Bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə son iki həftədə ünvanladığı iki məktubu göstərmək olar. Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür.

Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Ər-Riyad Ərəb-İslam-Amerika Sammitinin keçirildiyini xatırladan Prezidentin köməkçisi ABŞ Prezidentinin həmin Sammitdə mühüm nitq söylədiyini bildirib. Qeyd edib ki, Prezident Donald Tramp nitqində ABŞ-ın dünya ölkələri ilə bundan sonrakı əməkdaşlıq prinsiplərini ortaya qoydu. “Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz də bu perspektivlərlə bağlı lazımi addımları atırıq”, - deyə Novruz Məmmədov bildirib.

DİGƏR Xəbərlər Arxiv