YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır

«Hazırda dünyada yalnız sistemli siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı yaşanır. Bu məsələ paradoksal olaraq həm də lider faktoru, daha dəqiq deyilsə, dünya siyasətində liderlik böhranı ilə bağlıdır». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, dünya tarixi göstərir ki, dövlət quruluşunun istənilən formasında dövlət başçısı liderlik keyfiyyətləri olan şəxsiyyətdirsə, o, xalqının taleyində həlledici rol oynayır. Onun fikrincə, bu baxımdan güclü lider həm də güclü dövlət deməkdir.

«Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır. Azərbaycan gəncləri cənab Prezidentin həyata keçirdiyi birmənalı olaraq dəstəkləyir və bu mövqe dəyişməzdir»- deyə, S.Orucov qeyd edib.