Xəbərlər
Rövşən Rzayev: Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir
«Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişaf edir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövəlt quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, ABŞ-ın Prezidentinin dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı məktublar bu münasibətləri özündə ehtiva edir. Onun sözlərinə görə, birinci məktubda ABŞ Prezidenti Respublika günü ilə əlaqədar olaraq təbriklərini çatdırmaqla yanaşı, dövlət müstəqilliyimizə olan hörmət və ethiramını, cənab Prezident İlham Əliyev ilə diplomatik-siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq etmək istəyini ifadə edir.
«Azərbaycan güclü dövlətdir, Cənubi qafqaz regionunun lideridir. Həmçinin, ölkəmiz bir sıra transmilli, qlobal layihələrin təşəbbüskarı və müəllifidir. Təbii ki, münasibətlərin inkişafında bu faktorlar nəzərə alınır. Cənab Tramp digər məktubunda isə ABŞ-ın enerji sahəsində ölkəmizlə əməkdaşlıq etmək istəyini, eyni zamanda enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolunu vurğulayır. Bütün bunlar ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu göstərir»- deyə, millət vəkili qeyd edib.