YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: İndiyədək “Şahdəniz”dən 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat çıxarılıb

İşlənmənin əvvəlindən 2017-ci il iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat çıxarılıb.

Bu barədə iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

X.Yusifzadə bildirib ki, bu il iyunun 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 6,4 milyard kubmetr, Türkiyəyə isə 46 milyard kubmetr qaz verilib.