Xəbərlər
Mikayıl Cabbarov: Milli strategiyada təhsil sahəsində inkişaf məqsədləri aydın şəkildə müəyyənləşdirilib
«Təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub.Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və digərləri bu xidmətlərə aiddir». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, təhsil sistemində yeni vasitələrdən istifadə etmək lazımdır. 2013-cü ildə təhsil sahəsində Milli Strategiyanın təsdiqləndiyini deyən nazirin sözlərinə görə, bu, ilk belə sənəddir.
«Sənəddə aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyənləşdirilib. Məktəbəqədər təhsildə irəliləyiş əldə edilib. Əvvəl bu sahədə vəziyyət qənaətbəxş deyildi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrdə qaçqın və məcburi köçkünlərin məskunlaşması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqları gətirmə faizi 18 faiz idi. Üç ildə bu rəqəm 55 faizə yüksəldi. Həmçinin, Azərbaycanda müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib. Nəticədə müəllimlərin maaşı 2 dəfə artıb»- deyə, nazir vurğulayıb.