YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda gender bərabərliyi təmin olunub

«Azərbaycanda gender bərabərliyi təmin olunub». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki,  ölkəmizdə demoqrafiq vəziyyət normaldır. Onun sözlərinə görə, bu fakt Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir.

«Ölkəmizdə  gender bərabərliyinin genişləndirilməsi üçün mühüm işlər görülüb. Eyni zamanda, ailələrin inkişaf etməsi, uşaqlarımızın sağlam, savadlı böyüməsi üçün dövlət daim qayğı göstərir.  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu məsələlər yüksək səviyyədə öz həllini tapır»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv