YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün statistika qurumlarının üzərinə mühüm vəzifələr düşür

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və bu sahədə irəliləyişlərin qiymətləndirilməsi üçün ən mühüm vəzifələrdən biri də statistika qurumlarının üzərinə düşür.

Bunu jurnalistlərə müsahibəsində Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov deyib.

“BMT-nin Baş Assambleyasının qərarı ilə 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri (DİM) təsdiq olunub və Azərbaycan da bu təşəbbüsə qoşularaq DİM-in ölkəmizdə də nail olunması istiqamətində tədbirlər başlayıb. İlk addım olaraq Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şura qarşısında bir sıra vəzifələr qoyulub. Bunlardan biri də ölkənin prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, eyni zamanda, dayanıqlı inkişafın ölçülməsi və BMT-yə hesabatın hazırlanması üçün tədbirlərin görülməsidir”, - deyə Tahir Budaqov əlavə edib.

DİGƏR Xəbərlər Arxiv