YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb

Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb və yaxın günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcək.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 30-da Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda deyib.

Qeyd edilib ki, Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inam və etimadın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub.

“Bu ilin sonunadək manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur”, - deyə Mərkəzi Bankın sədri bildirib.

DİGƏR Xəbərlər Arxiv