Xəbərlər
Azərbaycanın xarici işlər naziri Kolumbiyada səfərdədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kolumbiyanın xarici işlər naziri Mariya Angela Olgin və digər rəsmi şəxslərlə görüşü, nazirlər səviyyəsində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında siyasi məsləhətləşmələrin dördüncü mərhələsinin keçirilməsi və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması nəzərdə tutulub.
Həmçinin səfər əsnasında müxtəlif dövrlərdə yaşayıb-yaratmış Azərbaycan və Kolumbiya şairlərinin yaradıcılığından ibarət “Azərbaycan-Kolumbiya iyirmi şeir” kitabının təqdimatı keçiriləcək.
Xatırladaq ki, 2013-cü il iyulun 8-də Kolumbiyanın xarici işlər naziri Maria Angela Olqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.