Xəbərlər
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Fürsətdən istifadə edərək, bütün sahələrdə qarşılıqlı əməkdaşlığın təşviqi vasitələrinin və iki ölkə arasındakı möhkəm əlaqələrin inkişaf etdirilməsinin vacibliyini əminliklə bildirmək istərdim.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı izhar edirəm.”