Xəbərlər
Litva Prezidenti Azərbaycan Prezidentini təbrik etdi
Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycanın milli bayramı - Respublika Gününün 99-cu ildönümü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Litva arasındakı açıq dialoq, ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində genişmiqyaslı əməkdaşlıq gələcək illərdə qarşılıqlı faydalı fəaliyyət üçün böyük imkanlar yaradacaq. Mən qətiyyətlə inanıram ki, biznes, təhsil və tələbə mübadiləsi, turizm və mədəniyyət sahələrində birgə həyata keçirilən layihələr xalqlarımızın münasibətlərini möhkəmləndirməkdə davam edəcək və dövlətlərimiz arasındakı əməkdaşlığı genişləndirəcək.
Bu xoş fürsətdən istifadə edib, Sizi bir daha milli bayramınız münasibətilə təbrik edirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramlarımı qəbul edin.”