Xəbərlər
NATO PA-nın yaz sessiyasında müdafiə və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq
NATO Parlament Assambleyasının mayın 26-da Tbilisidə keçiriləcək yaz sessiyasında müdafiə və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.
Bu barədə Gürcüstan parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri İrakli Sesiaşvili mayın 25-də keçirdiyi brifinqdə məlumat verib.
O qeyd edib ki, dörd gün davam edəcək sessiyada demokratik inkişaf, enerji məsələləri, beynəlxalq əməkdaşlıq, dünyada gedən proseslər, terrora və separatizmə qarşı birgə mübarizə və s. məsələlər müzakirə ediləcək. Sessiyanın sonunda müvafiq bəyannamənin qəbul olunacağı gözlənilir.
İ.Sesisaşvili bildirib ki, NATO PA-nın yaz sessiyasına 600 nümayəndə, o cümlədən quruma üzv 28 ölkənin, üzv olmayan 20 ölkənin parlament nümayəndə heyətləri, assosiativ üzvlər və digər qonaqlar iştirak edəcəklər.