YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Uğurlarımızın kökündə Azərbaycanın dövlət siyasəti dayanır

«Artıq bütün dünyanın mətbuat səhifələrində, o cümlədən dünya liderləri tərəfindən Azərbaycanda keçirilən bu tədbir çox yüksək qiymətləndirilir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, əldə olunan nailiyyətlər, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın birinci yerdə olması bir daha onu göstərir ki, ölkədə düşünülmüş, düzgün dövlət siyasəti aparılır. Onun sözlərinə görə, bu siyasət beynəlxalq aləmdə Azərbaycanın imicinin yüksəlməsinə, ölkəmizin atdığı addımların dəstəklənməsinə imkan verir.  

«Bu Oyunlar təkcə idman yarışı deyildi, eyni zamanda İslam həmrəyliyinin nümayişi idi. 54 ölkənin nümayəndələrinin Azərbaycana gəlişi böyük hadisə idi. Təbii ki, onlar Azərbaycanda gördüklərini öz ölkələrində danışacaqlar, çünki Azərbaycanda sabitlik, əmin-amanlıq, iqtisadi yüksəliş, Azərbaycan mədəniyyətinin qədimliyi islam ölkələrinin hər bir vətəndaşında qürur hissi doğurmalıdır. Bütün bu uğurların kökündə təbii ki, Azərbaycanın dövlət siyasəti dayanır»- deyə, komitə sədri vurğulayıb.