Xəbərlər
Hindistan Prezidenti: Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir
Hindistan Respublikasının Prezidenti Pranab Mukherci Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkəmizin Milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir. Əminəm ki, ikitərəfli əlaqələrimizi daha da genişləndirməyə yönəlmiş birgə səylərimiz ümumi maraq doğuran yeni sahələrdə daha yaxından əməkdaşlıq etməyimizə zəmin yaradacaq.
Zati-ailələri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.