YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oksford Nəşriyyatında “ADA” Universiteti professorunun münaqişələrin hüquqi təhlili ilə bağlı kitabı çap edilib

“ADA” Universitetinin siyasi elmlər üzrə professoru Kavus Abuşovun elmi redaktoru olduğu “Beynəlxalq hüquqda öz müqəddəratını təyin etmə və sesessiya” adlı kitab nüfuzlu Oksford Universiteti Nəşriyyatı tərəfindən çap edilib.

Universitetin mətbuat xidmətindən bildirilib ki, kitabın məqsədi xüsusilə son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən sesessisiya münaqişələri kontekstində öz müqəddəratını təyinetmə və sesessiya hüququna yenidən nəzər salmaqdır. Kitabda xüsusi olaraq postsovet məkanındakı sesessiya münaqişələrinin hüquqi təhlili verilib. O cümlədən öz müqəddəratını təyinetmə hüququnun qiymətləndirilməsi kitabdakı bütün fəsillərdə bu münaqişələrə istinad edərək aparılıb.

Kitab ilkin mərhələdə “ADA” Universiteti və Münhen Universitetinin Beynəlxalq hüquq kafedrası arasında tədqiqat layihəsi olaraq başlanıb. Bununla bağlı mövzu ilə əlaqədar 15 mümkün müəllifin iştirakı ilə konfrans da təşkil edilib. Birgə layihənin ilkin məqsədlərindən biri postsovet məkanında separatizmin hüquqiliyini aydınlaşdırmaq, seperatizm və öz müqəddəratını təyinetmə arasında münasibətlərin araşdırılması olub. Araşdırma ABŞ və Avropanın müxtəlif universitetlərini təmsil edən 15-ə qədər müəllifi bir araya gətirib.