Xəbərlər
Azərbaycanın sığorta bazarı yeddi ayda 9,9 faiz artıb
Bu ilin yanvar-iyul aylarında 28 sığorta şirkətinin xətti ilə 251,7 milyon manat sığorta haqqı toplanıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, ölkənin sığorta bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon manat və ya 9,9 faiz artıb. 2014-cü ilin yeddi ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 milyon manat və ya 13,2 faiz çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib.